CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Faşist gerbi kimi tikiləcəyi iddia edilən binanın tarixi – dolaşan miflər öz əksini tapmır

© Sputnik / Pavel Balabanov / Mediabanka keçidЗдание Дома правительства, Азербайджанская ССР. 1979 год
Здание Дома правительства, Азербайджанская ССР. 1979 год - Sputnik Azərbaycan
Abunə olmaq
3 mərtəbənin tikintisinin niyə baş tutmadığı heç kimə məlum olmasa da, bəzi mütəxəssislərin fikrincə, ayrılan vəsait layihəyə sonradan edilən milli xüsusiyyətlərə, tağlara xərclənir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. İctimai binalar həmişə şəhərin görünüşünün formalaşmasında mühüm rol oynayıb. Xüsusi görünüşə malik binalar məxsus olduğu şəhərin bir növ milli kimliyini əks etdirən vizit kartı olur. Bakıda bu binalardan biri Hökumət evidir. Bu bina müharibədən sonrakı Azərbaycan memarlığının estetik istiqamətinə həlledici təsir göstərib. Azərbaycanın tarixi memarlıq abidəsi olan bu tikiliyə bənzər ikinci bir bina dünyanın heç bir ölkəsində yoxdur.

Memar Yeganə Abdullayeva Sputnik Azərbaycan-a bildirib ki, binadakı tağlar, sütunlar, sütun tavanlarının zirvələrinin forması Şirvanşahlar sarayından götürülüb.

"Təbii ki, burada oxşar cəhətlərlə yanaşı, fərqli xüsusiyyətlər də var. Belə ki, tağların ölçüləri fərqlidir. Şirvanşahlar sarayında tağlar sivri, hökumət evində isə qövsvaridir. Fərqli və oxşar cəhətləri olmasına baxmayaraq, hər iki tikili Bakı memarlığına xasdır", - deyə o bildirib.

© Sputnik / Irade JELILHökumət evi
Faşist gerbi kimi tikiləcəyi iddia edilən binanın tarixi – dolaşan miflər öz əksini tapmır - Sputnik Azərbaycan
Hökumət evi

Memarın sözlərinə görə, saray qotika memarlıq üslubunda inşa edilib: "Bina tikildiyi dövrdə ətrafdakı mənzərə miqyas olaraq binanın kölgəsində qalırdı. Tikintisinə başlandığı dövrdə onun forması haqqında şəhər əhalisi arasında bir çox əfsanələr dolaşırdı. Belə ki, yerli sakinlər binanın formasına yuxarıdan baxa bilmirdilər. Həmçinin müharibə nəticəsində ələ keçirilən alman əsirləri aktiv şəkildə sarayın inşasına cəlb olunmuşdular. Bu səbəbdən də binanın qammalı xaç formasında tikildiyi ehtimal edilirdi. Bunun səbəbi kimi almanların taleyi ilə barışmadığı və binanı faşist gerbi şəklində inşa etdikləri söylənilirdi".

Ancaq əslində binanın layihəsi rus sovet memarları Lev Rudnev və V.Munts tərəfindən birlikdə tərtib edilib və layihədə heç bir alman simvolundan istifadə olunmayıb.

Memarın sözlərinə görə, layihədəki Hökumət evi kiril əlifbasındakı P şəklini xatırladırdı.

"Hazırkı Hökumət evinin tikilməsi qərarına XX əsrin 20-ci illərinin ikinci yarısında gəlinib. 1924-cü ildə Bakıda hökumət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvəllərinə qədər uzanır və 1932-ci ildə müsabiqə elan edilir. İki illik müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Bu müsabiqədə Azərbaycanın tanınmış memarları olan Mikayıl Hüseynov və Sadıq Dadaşov da iştirak ediblər. Lakin onların layihəsi təsdiqlənmir. Onların layihəsi daha təkmil və əzəmətli olsa da, Moskvadan münsiflər heyəti müsabiqədə birinci yeri Lev Rudnevə verib", - deyə memar vurğulayıb.

© Photo : Courtesy of Yegana AbdullayevaMemar Yeganə Abdullayeva
Faşist gerbi kimi tikiləcəyi iddia edilən binanın tarixi – dolaşan miflər öz əksini tapmır - Sputnik Azərbaycan
Memar Yeganə Abdullayeva

Binanın layihəsi təsdiqləndikdən sonra onun üçün yer seçmək mərhələsi başlayır. Bu zaman şəhərin Qərb zonasından Şərqə doğru inkişaf etdiyini nəzərə alaraq, binanın mərkəzdə tikilməsi qərarı verilir. Mərkəzdə bina üçün 6 hektar ərazi ayrılır.

"Bina 13 mərtəbəli tikilməli idi. Ancaq layihə yenidən nəzərdən keçirilən zaman nöqsanlar aşkarlanır. Çünki 1931-ci ildə verilən qərara görə, ölkədə tikilən memarlıq əsərlərində millilik xüsusiyyətləri yer almalı idi. Rus memarların hazırladığı layihədə isə buna yer verilməmişdi. Bu səbəbdən də layihəyə kiçik dəyişikliklər edilir".

Mütəxəssis bildirir ki, hazırda binada olan çıxıntılar, dənizə tərəf olan tinlərdəki tağlar məhz həmin dəyişikliyin nəticəsidir.

Çünki ilkin layihədə tağlar olmayıb, bu tağlar binanın 3 mərtəbəsində yer alıb.

© Sputnik / Irade JELILHökumət evi
Faşist gerbi kimi tikiləcəyi iddia edilən binanın tarixi – dolaşan miflər öz əksini tapmır - Sputnik Azərbaycan
Hökumət evi

Memar binanın layihəsində olan başqa bir çatışmazlığı da dilə gətirir. O deyir ki, binada tağlar ətrafında olan eyvanların heç birinə binanın heç bir mərtəbəsindən və otağından çıxış yoxdur: "Yəni həmin eyvanlar sadəcə görüntü olaraq var. Binanın tikintisinə 1934-cü ildə başlanılır, müharibə işləri yarıda saxlayır. 1945-ci ildən sonra tikinti işlərinə yenidən başlanılır və bina 1952-ci ildə təhvil verilir. Layihədə bina 13 mərtəbəli nəzərdə tutulsa da, 10 mərtəbəli tikilir".

Memar hesab edir ki, 3 mərtəbənin tikintisinin niyə baş tutmadığı heç kimə məlum olmasa da, bəzi mütəxəssislərin fikrincə, ayrılan vəsait layihəyə sonradan edilən milli xüsusiyyətlərə, tağlara xərclənir.

Qeyd edək ki, binanın qarşısında olan və hazırda "Azadlıq" adlanan meydan bütün keçmiş SSRİ ərazisində böyüklüyünə görə yeganədir.

Hazırda binada bir çox dövlət qurumları fəaliyyət göstərir.

Xəbər lenti
0