“Astana üçlüyü” sammitinin keçirilməsinə hazırlıq gedir

© Photo : Cem Oksuz / Turkish Presidential Palace / Handout via REUTERSTürkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin görüşü. Tehran, 7 sentyabr 2018-ci il //
Türkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin görüşü. Tehran, 7 sentyabr 2018-ci il // - Sputnik Azərbaycan
Abunə olmaq
İran XİN rəsmisi deyib ki, dünyada yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar görüşlərin keçirilməsində fasilə yaranıb

BAKI, 10 may — Sputnik. Türkiyə, Rusiya və İran “Astana üçlü”yünün Suriya üzrə sammitinin keçirilməsinə dair məsləhətləşmələr aparır.

Sputnik Azərbaycan-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

İran XİN rəsmisi deyib ki, dünyada yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar görüşlərin keçirilməsində fasilə yaranıb. A. Musəvi dünyada koronavirusla bağlı durumun normallaşmasından sonra üç ölkənin prezidentinin iştirakı ilə Tehran sammitinin keçiriləcəyinə ümid etdiyini söyləyib: “İran üzbəüz görüşün keçirilməsinin tərəfdarıdır. Əgər koronavirusla bağlı durumun normallaşması prosesi uzanarsa, onlayn-konfrans da keçirilə bilər”.

Xəbər lenti
0