ABŞ dəhşətli rəqəmə çatır – 80 minə bir şey qalmadı

© REUTERS / Jim UrquhartРодственники на похоронах умершего от COVID-19, США
Родственники на похоронах умершего от COVID-19, США - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da son gün ərzində virusa yeni 25 261 yoluxma qeydə alınıb. Birləşmiş Ştatlarda son 24 saat ərzində COVID-19-dan 1 615 pasiyent ölüb.

BAKI, 10 may — Sputnik. Son sutka ərzində ABŞ-da koronavirusa 25 mindən çox yoluxma aşkarlanıb, 1,6 mindən çox insan ölüb.

Тампон для носа, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda daha 97 yoluxma faktı aşkarlandı, ölən var

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatlarını toplayan, həmçinin KİV və başqa açıq mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, ABŞ-da son gün ərzində virusa yeni 25 261 yoluxma qeydə alınıb.

Birləşmiş Ştatlarda son 24 saat ərzində COVID-19-dan 1 615 pasiyent ölüb.

Universitet bildirib ki, bütün pandemiya ərzində ABŞ-da 1 309 541-dən çox insan koronavirusa yoluxub, 78 794 nəfər ölüb.

Xəbər lenti
0