BAKI, 10 may — Sputnik. Türkiyədə sutka ərzində daha 1546 nəfərdə koronavirus təsbit olunub. Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca deyib.
Məlumata görə, Türkiyədə koronavirusa yoluxanların sayı ümumilikdə 137 minə çatıb. Bir gün ərzində 50 xəstə dünyasını dəyişib.
Martın 26-dan bəri yoluxanların ümumi sayında azalma var.
Fahrettin Koca bildirib ki, ölənlərin ümumi sayı bu gün 3739-a yüksəlib. Sağalan 89480 insanın 3084-ü xəstəxanalardan bu gün evə yazılıb.
Xatırladaq ki, mayın 8-də qardaş ölkədə COVID-19-dan ölənlərin sayı 48 nəfər idi.