BAKI, 10 may — Sputnik. "Müslüm Maqomayevin heykəlinin ucaldılması ilə bağlı Cənab Prezidentin fərmanı var, bu sahədə işlər aparılır".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O, bildirib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu böyük nailiyyətlər əldə edib: "Müslüm Maqomayevin heykəlinin hazırlanması ilə bağlı işlər görülür".
E.Əzizov Müslim Maqomayevin heykəlinin ucaldılacağı yerlə bağlı məsələyə də münasibət bildirib: "Abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var. Bu məsələyə görkəmli ziyalar və mütəxəssislərin iştirakı ilə baxılır. Nəticə əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcək".