CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda sabaha hava: yağıntının bütün növləri olacaq

© Sputnik / Ilham MustafayevФлаг Азербайджана за стеклом, фото из архива
Флаг Азербайджана за стеклом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacaq

BAKI, 9 may — Sputnik. Azərbaycanda mayın 10-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 10-12° isti, gündüz  14-16° isti, Bakıda  gecə 10-12° isti, gündüz  14-16° isti olacaq. Atmosfer  təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 8-13° isti, gündüz  15-20° isti, dağlarda gecə 2-6° isti, gündüz  7-11°  isti olacaq.

Xəbər lenti
0