CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadın Qaraçayın yatağına ziyan yetirdiyinə görə cəzalandı - FOTO

© Sputnik / Irade JELILKarxana
Karxana - Sputnik Azərbaycan
Abunə olmaq
Qaraçay yatağında qum-çınqıl karxanası tərəfindən yataqayırma hüdudundan kənarda qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunub

BAKI, 9 may — Sputnik. Qubada fəaliyyət göstərən karxananın sahibi cəzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Quba rayonunun 2-ci Nügədi kəndi yaxınlığında, Qaraçay yatağında qum-çınqıl karxanası tərəfindən yataqayırma hüdudundan kənarda qanunsuz qazıntı işlərinin aparıldığını aşkar ediblər.

Araşdırma zamanı sözügedən qum-çınqıl karxanasının Bakı şəhər sakini Zərbadam Məmmədovaya məxsus olduğu müəyyən olunub.

Faktla bağlı karxana sahibi Z.Məmmədova barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

Xəbər lenti
0