Trampın vecinə deyil: veteranlarla görüşə maskasız getdi

© REUTERS / Joshua RobertsПрезидент США Дональд Трамп в эфире телеканала Fox News
Президент США Дональд Трамп в эфире телеканала Fox News - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident və vitse-prezident əvvəl həftədə bir dəfə koronavirus testindən keçirdilərsə, bundan sonra günaşırı yoxlanacaqlar

BAKI, 9 may — Sputnik. ABŞ Prezidenti Donald Tramp Ağ Ev administrasiyasının koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlərini heçə sayaraq Respublika partiyasının üzvləri, eləcə də İkinci Dünya Müharibəsinin veteranları ilə görüşə tibbi maskasız gedib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Washington Post yazıb. Amerika lideri deyib ki, təhlükəsizlikdədir və yeni infeksiyaya yoluxmayıb. Veteranlarla görüş zamanı o, maska taxmayıb, sosial məsafəni də gözləməyib. Prezident və birinci xanım Melaniya Tramp İkinci Dünya Müharibəsi Memorialına doğru avtokarvana özləri ilə yaşlarına görə yüksək risk qrupuna daxil olan yeddi veteranı götürüblər.

​Tramp cümə axşamı yaxın müşavirləri, o cümlədən, Respublika Milli Komitəsinin sədri Ronna MakDaniel və Prezidentin meneceri Bred Parskalla görüşüb. Sonuncu Trampa üzərində prezidentin yenidən seçilməsinin loqotipi olan 5 maska prototipi gətirib.

Bu həftə ABŞ-ın vitse-prezidentinin sözçüsü Keti Millerin koronavirus testi müsbət çıxıb. O, Trampın baş müşaviri Stiven Millerin xanımıdır. Stiven Miller haqda isə The Washington Post yazıb ki, o, tam bir “hermofobdur”, yəni əllərini tərtəmiz yuyub dezinfeksiya edir, sosial məsafəni qoruyur. Bu arada, Maykl Pensin koronavirus testinin cavabı mənfi olub.

Qəzetin məlumatına görə, Tramp və ya Penslə görüşdən qabaq hər kəsin hərarəti ölçülür və onlar Abbott Laboratories-dən koronavirus testi keçirlər. Cavab cəmi 15 dəqiqəyə bəlli olur. Prezident və vitse-prezident əvvəl həftədə bir dəfə koronavirus testindən keçirdilərsə, bundan sonra günaşırı yoxlanacaqlar.

Bu günə olan son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 3 938 080 nəfərdir. COVID-19-dan ən çox ölüm sayı ABŞ-da qeydə alınıb – 77180 insan.

Xəbər lenti
0