BAKI, 9 may — Sputnik. Rok-n-roll janrının banisi, Litl Riçard kimi tanınan Riçard Penniman dünyasını dəyişib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rolling Stone xəbər yayıb.
#RIP #LittleRichard (Richard Penniman) An Inventor of Rock and Roll, Influenced the Beatles, Everyone, Dead at 87 https://t.co/05BiaXbS7I via @showbiz411
— Showbiz 411 (@showbiz411) May 9, 2020
Musiqiçinin 87 yaşı vardı. Onun oğlu Denni Penniman atasının ölüm xəbərini təsdiqləyib, amma səbəbini hələ bilmədiklərini deyib.
Litl Riçard "Tutti Frutti" (1955), "Good Golly Miss Molly", "Lucille" mahnıları ilə tanınmışdı. O, rok-n-rollun Şərəf zalına daxil edilən ilk ifaçılardan olub (1986-cı ildə). Ömrü boyu onlarla sinql və albom yazdırıb.
1958-62-ci illərdə Litl Riçard xristianlığa maraq göstərdiyindən çıxışlarını dayandırıb. İkinci dəfə 1977-ci ildə musiqi ilə vidalaşıb və yenidən dinə qayıdıb. Məlumdur ki, o, Brüs Uillis və Demi Murun nikahını qıyıb.