Koronavirusun ən təhlükəli xassəsi açıqlandı

© AP Photo / Vincent ThianСитуация в связи с эпидемиологической обстановкой в Малазии
Ситуация в связи с эпидемиологической обстановкой в Малазии - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günə olan son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 3 938 080 nəfərdir. COVID-19-dan ən çox ölüm sayı ABŞ-da qeydə alınıb – 77180 insan.

BAKI, 9 may — Sputnik. Çinli virusoloq Çjun Nanşan koronavirusun təhlükələri və ondan qorunmaq yolları barədə açıqlama verib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, mütəxəssis SARS-CoV-2-nin həddən artıq sürətli yoluxma xassəsinin olduğunu deyib. Koronavirus mövsümi qripdən, KRVİ və ya MERS koronavirusundan daha tez və asan yayılır, buna görə də digərlərindən daha təhlükəlidir. Ondan qorunmaq üçün dördkomponentli sistem mübarizə aparılmalıdır. Professor deyib ki, bunlar: erkən qorunma, erkən aşkarlanma, erkən diaqnostika və erkən izolyasiyadır. 

Тест на коронавирус - Sputnik Azərbaycan
SƏHİYYƏ
ÜST rəhbəri koronavirusa qarşı ən effektiv vasitəni açıqladı

Həkimin sözlərinə görə, erkən qorunmaya fərdi tədbirlər: maska və əlcək taxmaq, əlləri yumaq, sosial məsafəni gözləmək daxildir. Bu tədbirlər çox effektivdir, çünki koronavirus əsasən səthlərlə birbaşa təmasdan keçir.
Erkən aşkarlanma üçün COVID-19-un simptomlarına bənzər əlamətləri olan insanları ayırd etmək gərəkdir: insanların sıx toplaşdırqları yerdə onların hərarətini ölçmək lazımdır. İnsanların özləri də məsuliyyətli olmalıdırlar – şübhəli simptom hiss edən kimi həkimə müraciət etməlidirdlər. Əlamətlər arasında professor halsızlıq, hərarət, quru öskürək və qeyri-tipik yorğunluğu göstərib.
İlkin diaqnostika isə xəstəxanalarda koronavirusa yoluxanlarla adi pasiyentləri qarışdırmamaq üçün vacibdir. Buna görə ambulator şəraitdə xüsusi müayinə lazımdır. Alim əmindir ki, evdə keyfiyyətli araşdırma aparmaq qeyri-mümkündür.
Erkən izolyasiya isə yoluxanların sağlam adamlarla təmasını operativ surətdə minimuma endirmək üçündür.
Bu günə olan son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 3 938 080 nəfərdir. COVID-19-dan ən çox ölüm sayı ABŞ-da qeydə alınıb – 77180 insan.

Xəbər lenti
0