BAKI, 9 may - Sputnik. Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 2 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188 950 test aparılib".