CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MM razılıq verdi: Müvəqqəti vergi rejimi tətbiq ediləcək, sosial yük azaldılacaq

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisdə "Sosial sığorta haqqında" qanuna və Vergi Məcəlləsinə dəyişikliklər üçüncü oxunuşda qəbul edilib

BAKI, 8 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sosial sığorta haqqında" qanuna və Vergi Məcəlləsinə dəyişikliklərə üçüncü oxunuşda baxılıb.

Налоговый кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vergi hesabatlarının təqdim edilməsi müddətləri uzadılıb

Sputnik Azərbaycan xəbər verir ki, "Sosial sığorta haqqında" qanuna edilən dəyişikliklərə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının dərəcələri azaldılıb.

Hazırda muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcəsi fəaliyyət istiqamətinə görə müəyyən edilir. Belə ki, sahibkarlıq subyektləri üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sosial sığorta dərəcəsi tətbiq edilir.

Qanuna təklif edilən yeni dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.

Amma keçid müddəada deyilir ki, 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək məcburi dövlət sosial sığorta dərəcəsi aşağıdakı kimi müəyyən edilir: sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

İclasda Vergi Məcəlləsinə dəyişikliklərə də baxılıb.

Həmin Məcəlləyə "Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı yeni on səkkizinci fəsil əlavə edilib.

Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Ünvanlı sosial yardımın verilmə müddəti azaldılır

Dəyişikliyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur.

Bundan başqa, sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

Göstərilənlərlə yanaşı, pandemiyanın mənfi təsir etdiyi yuxarıda qeyd edilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır.

Hər iki qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti
0