CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin qaydalarını pozanlara qarşı tədbirlərin sərtləşdirilməsi tələb edildi

© Sputnik / Ilham MustafayevQazaxda xüsusi rejimə nəzarət
Qazaxda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
Bugünədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49435 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

BAKI, 8 may — Sputnik. "Hər bir Azərbaycan vətəndaşı koronavirusla bağlı qoyulan qaydalara əməl etməlidir". 

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda koronavirusa yoluxanlarla bağlı yeni rəqəmlər açıqlandı
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında danışıb.

Onun sözlərinə görə, qaydalara riayət etməmək virusun ikinci dalğasının gəlməsinə səbəb ola bilər. Bu səbəbdən də, hər kəs öz məsuliyyətini dərk etməlidir: "Cənab Prezident dünən modul tipli xəstəxananın açılışında çıxış edərkən bu məsələyə toxundu və hər kəsi qaydalara əməl etməyə çağırdı. Hər kəs bu çağırışa əməl etməlidir".

Millət vəkili həmçinin qaydaları pozanlara qarşı cərimələrin sərtləşdirilməsini təklif edib.

O qeyd edib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələr edilə bilər: "Biz Operativ Qərargahla məsləhətləşərək İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə müddəalar əlavə edək ki, cəzalar sərtləşdirilsin".

Milli Məclisin spikeri Sahibə Qafarova isə bildirib ki, bütün deputatlar tövsiyələri nəzərə alaraq seçicilərini məlumatlandırmalıdır: "Onlara koronavirusla mübarizə istiqamətində tövsiyələrini verməlidir".

Qeyd edək ki, DYP-nin məlumatına görə, ötən gün koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 434 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49435 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti
0