CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metro polisi sizdən maska tələb edəcək

© AP Photo / Emrah GurelTükiyədə vəziyyət 10.04.2020
Tükiyədə vəziyyət 10.04.2020 - Sputnik Azərbaycan
Abunə olmaq
Oturacaqlar üzərində də xüsusi elanlar yazılacaq. Ümumilikdə, qatarlarda sosial məsafə qorunması vacib olacaq

BAKI, 8 may — Sputnik. "Metro polisi və işçiləri sərnişinlərdən maska tələb edəcəklər. Stansiyaların girişində sərnişinlər müvafiq qaydalara uyğun yoxlanılacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov deyib. O hər kəsi sosial məsafəni qorumağa səsləyib: "Oturacaqlar üzərində də xüsusi elanlar yazılacaq. Ümumilikdə, qatarlarda sosial məsafə qorunması vacib olacaq. Dezinfeksiya işlərinin aparılması işləri 2 istiqamətdə aparılacaq: əsaslı və cari dezinfeksiya işləri həyata keçiriləcək".

Девушка в вагоне метрополитена, фото из ахива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Metro fəaliyyətini bərpa edir

Onun sözlərinə görə, əllə təmas olan bütün səthlər gün ərzində 3 dəfədən az olmamaqla dezinfeksiya ediləcək. Z.Hüseynov fiziki məhdudiyyətli şəxslərin daşınması məsələsinə də toxunub və bildirib ki, onlar öncəki qaydada daşınacaq.

Zaur Hüseynov qeyd edib ki, 25 stansiyadan 15-də apteklər fəaliyyət göstərəcək: "Digər stansiyalarda isə maskaların səyyar satışı həyata keçiriləcək. Maska məsələsinin həll olunması üçün həmin apteklərin də səhər 6:00-da açılmasını xahiş etmişik. Bundan başqa, apteklər şəbəkəsindən xahiş etmişik ki, ən azı 10 günlük maska ehtiyatı olsun. Ümidvaram ki, bundan sonra sərnişinlərin maska problemi olmayacaq. Amma bir daha sərnişinlərə səslənirəm ki, öncədən maska almış olsunlar".

Qeyd edək ki, sabahdan etibarən "Bakı Metropoliteni" QSC səhər 06:00-dan fəaliyyətinə başlayacaq və maska taxılması məcburi olacaq. Metropoliten səhər 06:00-dan 00:00-dək fəaliyyət göstərəcək.

Xəbər lenti
0