BAKI, 8 may — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Xarici İşlər nazirləri faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə bir-birilərini təbrik ediblər.
Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin və xarici siyasətin əlaqələndirilməsinin aktual problemlərini, o cümlədən koronavirus infeksiyası və onun nəticələrinin qarşısının alınması, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıblar.