Gürcüstan və Ukrayna arasında “Saakaşvili böhranı” – Səfir geri çağırıldı

© REUTERS / Valentyn OgirenkoМихаил Саакашвили, фото из архива
Михаил Саакашвили, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini İslahatlar Komitəsinə icraçı katib təyin edib

BAKI, 8 may — Sputnik. Gürcüstan ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada İslahatlar Komitəsinə icraçı katib təyin olunmasından sonra Kiyevdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər naziri David Zakaliani bildirib.

"Strateji tərəfdaş tərəfindən Gürcüstanda mühakimə edilən və axtarışda olan şəxsin vəzifəyə təyin olunması Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidzenin məsləhətləşmələr üçün geri çağırılması üçün əsas olub", - deyə Zalkaliani bildirib.

Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini İslahatlar Komitəsinə icraçı katib təyin edib.

Xəbər lenti
0