Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 8 may — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 623-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.
Məlumata əsasən, son 24 saat ərzində daha 8 nəfərdə koronavirus aşkarlanıb. Daha bir nəfər isə ölüb. Bununla da ölənlərin sayı 10 nəfərə çatıb. Virusa yoluxan şəxslərdən 288-i sağalıb. Hazırda bu ölkədə 4723 nəfər karantində, 446 nəfər isə tibb işçilərinin nəzarəti altında saxlanılır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu keçib, 254 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.