BAKI, 8 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 3029-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 145 nəfər artıb.
Ermənistanda son gündə 1 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 43-ə çatıb. Xəstəlikdən sağalanların sayı 1218-ə çatıb.
Hazırda Ermənistanda 1758 nəfər virusdan müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu keçib, 254 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.