CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən çox qazananların gəlirləri açıqlandı

© Sputnik / Murad OrujovКупюра номиналом в 100 AZN, фото из архива
Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2019-cu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,7% artaraq 614,2 manat təşkil edib

BAKI, 8 may — Sputnik. 2019-cu ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,4% artaraq 50845,1 milyon manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 5135,2 manatlıq gəlir düşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilə dair illik hesabatında qeyd olunub.

Кошелек с манатами, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu hələ son deyil: Minimum əməkhaqqı mərhələlərlə artırılacaq, amma ehtiyatla

Qeyd olunub ki, 2019-cu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,7% artaraq 614,2 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3060,8 manat, qeyri neft-qaz sektorunda 559,0 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 506,9 manat, özəl müəssisələrdə isə 751,6 manat olub. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanına və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 221-ci maddəsinə uyğun olaraq respublikada Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması üzrə işlər aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında” 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondu yaradılmışdır. Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyələşdirilməsi məqsədilə beynəlxalq təcrübə əsasında istehsalatda bədbəxt hadisələrdən icbari sığortanı həyata keçirən sığortaçıların (sığorta təşkilatlarının) könüllü ödəmələri əsas maliyyə mənbəyi olaraq seçilmişdir ki, “Əmək müqaviləsi bildirişləri” altsisteminin istehsalatda bədbəxt hadisələrdən icbari sığorta sisteminə inteqrasiyası əsasında bu sığorta növü üzrə sığortanın əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənərək icbari sığortası maksimum təmin olunacaq.

Hesabatda o da qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planının 8.7.1-ci bəndinin icrası məqsədilə Avropa İttifaqının Tvinninq aləti “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək Layihəsi” çərçivəsində Litva Dövlət Katibliyi, Litva Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi ilə birgə “Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi hazırlanmışdır ki, layihənin aidiyyəti dövlət orqanları ilə razılaşdırılması üzrə işlər davam etdirilir.

Xəbər lenti
0