BAKI, 8 may — Sputnik. Aprel ayında 190 manat vəsaiti alanların may ayında məşğulluq imkanı yaranarsa, onların işsiz şəxs kimi qeydiyyatı dayandırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Onun sözlərinə görə, bu halda həmin şəxslərə may ayı üçün 190 manatın ödənişi dayandırılacaq: “Növbəti aylarda 190 manatın verilməsinin davam edib-etdirilməyəcəyini indi demək mümkün deyil. Məlumdur ki, indi karantin rejimi ilə bağlı məhdudiyyətlər azaldılır”.