BAKI, 8 may — Sputnik. Artıq bir neçə gündür ki, Azərbaycanda koronavirusa yoluxma faktlarının sayında artım qeydə alınır. Millət vəkili Naqif Həmzəyevin sözlərinə görə, buna son günlər bankların, bankomatların qarşısında insanların sıx yığılması səbəb olub.
Bu barədə millət vəkili Sputnik Azərbaycan-a açıqlamasında bildirib: "İnsanlar təqaüdlərini, pensiyalarını almaq üçün bankomatların qarşısına yığılırlar. Biz banklar və bankomatların qarşısında çoxsaylı növbələr görürük. Vətəndaşlar pensiyalarını, təqaüdlərini almaq istəyirlər. Polisin də gücü çatmır. Belə bir vəziyyətdə çalışmaq lazımdır ki, əhali arasında nağdsız ödənişlərlə bağlı maarifləndirmə işləri aparılsın".