Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə qəza: Avtomobil körpüdən qaz xəttinin üstünə aşdı

© Photo : Azeriqaz Closed Joint-Stock CompanyHadisə yerində
Hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Təhlükəsizlik tədbirləri olaraq minə yaxın əhali qrupu abonentinin qaz təchizatı müvəqqəti dayandırılıb. Bərpa işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb

BAKI, 8 may — Sputnik. Bu gün günorta saatlarında Şəki rayonunun Kiş kəndi yaxınlığında avtomobil qəzası baş verib.

"Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qəza zamanı “ZİL” markalı yük avtomobili körpünün üzərindən aşıb və bu zaman ərazidən keçən 159 mm diametrində olan qaz xəttini də yararsız hala salıb. Təhlükəsizlik tədbirləri olaraq minə yaxın əhali qrupu abonentinin qaz təchizatı müvəqqəti dayandırılıb.

© Photo : Azeriqaz Closed Joint-Stock CompanyHadisə yerində
Şəkidə qəza: Avtomobil körpüdən qaz xəttinin üstünə aşdı - Sputnik Azərbaycan
Hadisə yerində

Bərpa işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Xəbər lenti
0