Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Arxa və ön cəbhədə Qələbə uğrunda – Viktoriya Kabanadze babaları haqqında

Abunə olmaq
Bakıda “Ölməz Alay” hərəkatının koordinatoru “Cəbhə xatirələri” layihəsi çərçivəsində öz ailəsinin tarixçəsini bölüşüb. Onun babalarına Qələbə Gününü qarşılamaq nəsib olub. Daha ətraflı videomuzda izləyin.

Sputnik mətbuat mərkəzlərinin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr edilmiş ənənəvi layihəsi olan “Cəbhə Xatirələri” əsgər və zabitləri övladlarının xatirələri ilə yad edir. 

Bakıda “Ölməz Alay” hərəkatının koordinatoru Viktoriya Kabanadze Sputnik-in layihəsinə qatılıb və Böyük Vətən müharibəsində iştirak etmiş doğmalarından danışıb.

“Anamın atası cəbhəyə ilk günlərdən yollanıb və Qafqaz uğrunda döyüşlərdə iştirak edib. Ata tərəfdən babam isə arxa cəbhədə yorulmaq bilmədən çalışıb, eşelonları təmir edərək cəbhəyə yollayıb. Babamın doğma qardaşı da Qələbədə öz rolunu oynayıb. Macarıstan uğrunda döyüşlərdə yaralanıb və hospitalda vəfat edib”, - deyə Kabanadze bizimlə bölüşüb.

Qələbə Günü ərəfəsində Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Gürcüstan və Qazaxıstan Sputnikləri Belarus, Baltika, Qafqaz, Cənub və digər cəbhələrdə vuruşmuş əsgər və zabitlərin ailələrinin xatirələrini dərc edir.

"Ona yeganə qızını tanımaq nəsib olmadı" – Milli Məclis deputatı doğma insanı haqqında>>

“Cəbhə Xatirələri” bu ailə xatirələrini müharibə salnamələrinin bir hissəsinə çevirəcək və hər kəsə əziz olan Qələbənin hansı qəhrəmanlıqlar sayəsində qazanıldığını bir daha xatırladacaq.

Xəbər lenti
0