SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputat Qoşulmama Hərəkatının zirvə toplantısından danışır

© Sputnik / Murad OrujovZahid Oruc milli vəkil
Zahid Oruc milli vəkil - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Zahid Oruc deyir ki, pandemiya zamanı belə bir formatda toplantının keçirilməsi ölkəmizdə idarəçiliyin ən yüksək səviyyədə olmağının göstəricisidir
Zahid Oruc: “Beynəlxalq təşəbbüsləri bir ara gətirməyə qadir olduğumuzu sübuta yetiririk”

Mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.

“Dünya ölkələrinin koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının belə bir formatda toplantısının keçirilməsi ölkəmizdə böhran dövründə idarəçiliyin ən yüksək səviyyədə olmağının göstəricisidir. Digər tərəfdən biz bir daha beynəlxalq təşəbbüsləri bir ara gətirməyə qadir olduğumuzu sübuta yetiririk”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Zahid Oruc deyib.

Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında baş tutub. Zirvə görüşünün yekununda Bəyannamə qəbul edilib.

Zahid Orucun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0