“Prezident İlham Əliyevin korrupsiya ilə mübarizə aparmaq iradəsi üzdədir və heç kim bunu şübhə altına ala bilməz”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, prezident korrupsiyaya qarşı mübarizəni gücləndirir: “Korrupsiya halları təkcə icra hakimiyyətlərində deyil, bəzi nazirliklərdən də belə hallarla bağlı siqnallar daxil olur. Görünür, bundan sonra onlarla da ciddi mübarizə aparılacaq. Düşünürəm ki, bu prosesə mətbuatı da qoşmaq lazımdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən vacib vəzifələrdən biri kimi korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəni qeyd edib. Prezident vurğulayıb ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar.
Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz