CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava xəbərdarlığı gəldi - Temperatur kəskin düşəcək

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidДевушка с зонтом во время ветра, фото из архива
Девушка с зонтом во время ветра, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

BAKI, 8 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 9-u günün ikinci yarısından 11-dək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi gözlənilir.

Ягоды, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu şənbə də gözlədiyiniz şənbə olmayacaq

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına istinadla xəbər verir ki, mayın 10-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında isə mayın 9-u günün ikinci yarısından 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Xəbər lenti
0