CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaxın günlərdə Xətai sakinlərini sevindirəcəklər

Abunə olmaq
Parklarda uşaqlar və böyüklər üçün oturacaqlar, şahmat meydançası, idman və oyun meydançaları salınıb.

BAKI, 7 may — Sputnik. "Xətai rayonunda müxtəlif istiqamətlər abadlıq, quruculuq işləri görülüb. İnqilab İsmayılov 56/58 və 5/7 binalarının qarşısında salınan parklar tam başa çatıb, hazır vəziyyətdədir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov məlumat verib.

O vurğulayıb ki, pandemiya ilə əlaqədar olaraq açılış mərasimləri gecikdirilib. Parklarda uşaqlar və böyüklər üçün oturacaqlar, şahmat meydançası, idman və oyun meydançaları salınıb.

Parklar xüsusi işıqlandırma sistemi ilə təchiz edilib, yaşıllıq zolaqları salınıb. Parklar yaxın zamanlarda vətəndaşların istifadəsinə veriləcək.

Xəbər lenti
0