CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdlərin biliyinin qiymətləndirilməsi belə aparılacaq

© AR Ministry of EducationВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər hansısa şagirdin qiymətləndirilməsi ilə bağlı narazılığı olarsa, 2020-2021-ci tədris ilində müraciət etməklə biliyinin yenidən qiymətləndirilməsini tələb edə bilər"

BAKI, 7 may — Sputnik. Təhsil naziri Ceyhun Bayramov şagirdlərin biliyinin necə qiymətləndiriləcəyini açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışında C. Bayramov bildirib ki, şagirdlərin qiymətləndirilməsi 1-ci yarımilin nəticələrinə uyğun aparılacaq. Nazirin sözlərinə görə, yeni tədris ilinin birinci yarımil üzrə qiymətlər əsas götürüləcək və sinifdən-sinfə keçirilməsi məsələsinə baxılacaq. Orta ümumtəhsil məktəblərində KSQ, BSQ kimi qiymətləndirmələr aparılmayacaq".

Nazir deyib ki, əgər hansısa şagirdin qiymətləndirilməsi ilə bağlı narazılığı olarsa, 2020-2021-ci tədris ilində müraciət etməklə biliyinin yenidən qiymətləndirilməsini tələb edə bilər: "Öz nəticələrindən razı olmayan şagirdlər tədris öncəsi müraciət edib, nəticələrini yaxşılaşdıra bilərlər".

C.Bayramov bildirib ki, iyun ayında 3 mindən 6 minədək şagird arasında ölçmə və qiymətləndirmə aparılacaq: "Bunun keçirilməsində məqsəd proqramın necə mənimsənilməsinin tədqiqat və monitorinqini  həyata keçirməkdir".

Qeyd edək ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak edirlər.

Xəbər lenti
0