CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda və Abşeronda avtomobil oğurlayanlar saxlanılıblar

© pixabay / TheDigitalWayАвтомобильный вор, фото из архива
Автомобильный вор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tahir Atakişiyev və Heydər Əkbərovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir

BAKI, 7 may — Sputnik. Abşeron rayonu Hökməli qəsəbəsində Elbrus Məmmədova məxsus "VAZ 2107" markalı nəqliyyat vasitəsi qaçırılıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avtomobilin sahibi bu barədə polisə məlumat verən kimi dərhal nəqliyyat vasitəsinin axtarışlarına başlanılıb. Qısa zamanda görülən tədbirlər nəticəsində avtomobilin Suraxanı rayonun ərazisində olduğu müəyyən edilib. Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Qobu Polis Bölməsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində həmin nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Tahir AtakişiyevHeydər Əkbərov tutularaq məsuliyyətə cəlb olunublar.

© AR Ministry of Internal Affairs Tahir Atakişiyev və Heydər Əkbərov
Paytaxtda və Abşeronda avtomobil oğurlayanlar saxlanılıblar - Sputnik Azərbaycan
Tahir Atakişiyev və Heydər Əkbərov

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər Abşeron rayonundan başqa, paytaxt ərazisində daha 3 "VAZ 2107" və 1 ədəd "BMW" markalı nəqliyyat vasitəsini oğurlayıblar. Tahir Atakişiyev və Heydər Əkbərov ifadələrində maşınları sökərək ehtiyat hissələri halında satmaq üçüm qaçırdıqlarını bildiriblər. Amma onlar oğurladıqları avomobillərdən yalnız birini ehtiyat hissələri halında sata biliblər. Digər nəqliyyat vasitələri isə polislər tərəfindən aşkar olunaraq sahiblərinə qaytarılıb. Polis Bölməsində araşdırma aparılan zamanı Tahir Atakişiyevin paytaxtın Nizami Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Faktla bağlı Qobu Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Tahir Atakişiyev və Heydər Əkbərovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0