BAKI, 7 may — Sputnik. Xəzər rayonu, Şüvəlan qəsəbəsində qadın gənc oğlanı bıçaqlayaraq qaçıb. Sputnik Azərbaycan xəbər verir ki, rayonun Binə qəsəbəsi sakini, 1991-ci il təvəllüdlü Xalid İsmayılov Şüvəlan qəsəbəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Lalə Mustafayeva ilə mübahisə edib.
Mübahisə nəticəsində qadın X.İsmayılovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı qarın nayihəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.
Xəzər rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Mustafayevanın yeri müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.