CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Körpələri bağçaya verib, polisdən təhvil aldılar

Abunə olmaq
Gəncənin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları xidmət aparan zaman rayon ərazisində gizli şəkildə fəaliyyətini davam etdirən özəl uşaq bağçası aşkarlayıblar

BAKI, 7 may — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirirlər.

Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, BPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları xidmət aparan zaman rayon ərazisində gizli şəkildə fəaliyyətini davam etdirən özəl uşaq bağçası aşkarlayıblar. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Gülnar Günəşliyə məxsus "Montesorri Kids Paradis" adlı uşaq bağçasının fəaliyyəti dayandırılıb. Bağçadakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. G.Günəşli və bağçanın digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0