BAKI, 7 may — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq.
Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Yolları Agentliyinin məlumatına istinadla xəbər verir ki, Yusif Səfərov küçəsinin kəsişməsindən 28 May küçəsinin kəsişməsinə qədər olan Mehdi Mehdizadə küçəsində və 28 May küçəsinin Mehdi Mehdizadə küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinə qədər olan hissəsində 8 may 2020-ci il tarixdə axşam saatlarından etibarən hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.
Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.