BAKI, 7 may — Sputnik. "Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial şəbəkədə paylaşdığı görüntülərlə diqqət çəkib.
Sputnik Azərbaycan xəbər verir ki, Əliyevanın paylaşdığı rəsm əsərlərinin fotosu marağa səbəb olub. Belə ki, Safurə ailə həyatı qurduqdan sonra müğənnilik sənətindən uzaqlaşıb və indi də rəssamlıqla məşğul olur. Onun çəkdiyi rəngarəng rəsmlər zövq oxşayır. Sənətçi postun şərh bölümünü bağladığına görə izləyiciləri rəy yaza bilməyiblər.
View this post on Instagram
Qeyd edək ki, Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Safura mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Fərhad və Safurənin üç övladı var.