SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığın rolunu şərh edir

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, indiki şərait üçün atılması nəzərdə tutulan mütəşəkkil addımlar qiymətləndirilməlidir
İlqar Vəlizadə: “Bütün mütəşəkkil addımlar qiymətləndirilməlidir”

Mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.

Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında baş tutub. Zirvə görüşünün yekununda Bəyannamə qəbul edilib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, koronavirus pandemiyası ilə mübarizə artıq bir sıra formatlarda mütəşəkkil xarakter alıb: “Xüsusilə də Azərbaycanın başçılıq etdiyi təşkilatlarda bu özünü daha qabarıq şəkildə göstərir. İclasda dünyanın mötəbər təşkilatlarının rəsmiləri də iştirak ediblər. Bu da tədbirin dünya siyasətindəki önəmindən xəbər verir. Bütün hallarda indiki şərait üçün atılması nəzərdə tutulan mütəşəkkil addımlar qiymətləndirilməlidir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0