Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Banklarla bağlı əhaliyə yönəlik mühüm qərar verildi

© AFP 2024 / ADEM ALTANСотрудницы банка, фото из архива
Сотрудницы банка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
01 iyun 2020-ci il tarixindən manatla qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi qaldırılıb

BAKI, 7 may — Sputnik. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən Mərkəzi Bank ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Xəbər lenti
0