Ölkədə ölümlər səngimir, nazir isə “uğur” barədə raport verir

© AFP 2024 / BULENT KILICСитуация в связи с эпидемиологической обстановкой в Стамбуле
Ситуация в связи с эпидемиологической обстановкой в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
F.Qoca bildirib ki, pandemiya sonrası cəmiyyət əvvəlki normal həyata dönməyəcək, əksinə, yeni həyatın normalarına hazırlıq mərhələlərinə keçid olacaq

BAKI, 6 may – Sputnik. “Türkiyə COVİD-19-la mübarizəsinin ilk mərhələsini uğurla tamamlayıb”.

Люди в защитных масках в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
Koronavirusla bağlı dəhşətli proqnoz verildi

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun iclasından sonra deyib.

Nazirin sözlərinə görə, hazırda Türkiyə COVİD-19-la mübarizənin ikinci mərhələsinə - nəzarətli sosial həyat mərhələsinə keçib. Bu mərhələdə maska ilə küçəyə çıxmaq, sosial məsafəni gözləmək və gigiyenik tələblərə əməl etmək şərtləri daha geniş sahədə nəzərə alınmalıdır: “Hazırda yeni mərhələnin ilk günlərindəyik. Uğurlarımız tədbirlərə və qaydalara düzgün əməl etməyimizdən asılıdır".

F.Qoca bildirib ki, pandemiya sonrası cəmiyyət əvvəlki normal həyata dönməyəcək, əksinə, yeni həyatın normalarına hazırlıq mərhələlərinə keçid olacaq: “Pandemiya xəstəliyi qarşısında qazandığımız təcrübəni unutmamalıyıq. COVID-19 ikinci dünya savaşından sonra bütün dünya üçün problemə çevrilən ilk hadisədir".

Xəbər lenti
0