BAKI, 6 may — Sputnik. Bəzən sürücülər sürücülük vəsiqəsinin etibarlılıq müddətini unuda və yolda xoşagəlməz sürprizlə qarşılaşa bilərlər. Sputnik Azərbaycan xəbər verir ki, onlar "myGov" portalında qeydiyyatdan keçməklə özlərini bu problemdən sığortalaya bilərlər. "myGov" portalında qeydiyyatdan keçdikdən sonra sürücülərə sürücülük vəsiqəsinin etibarlılıq müddəti haqqında bildirişlər göndərilir.
Belə ki, bildirişlər 4 dəfə - sənədin vaxtına 60 gün qaldıqda; sənədin vaxtına 30 gün qaldıqda; sənədin vaxtına 10 gün qaldıqda; sənədin vaxtı bitdikdə göndərilir. Bu da sürücüləri sürücülük vəsiqəsinin vaxtının keçməsinə görə yaşanılacaq problemlərdən qoruyur.