CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vergi Məcəlləsinə dəyişikliklərə sonuncu oxunuşda baxılacaq

Abunə olmaq
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 18 məsələ daxil edilib. İnzibati Xətalar, Mülki, Vergilər, Cinayət-Prosessual, Miqrasiya və digər məcəllələrdə dəyişikliklər müzakirə ediləcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Mayın 8-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

"Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" yeni qanun layihəsinə üçüncü oxunuşda baxılacaq.

"Sosial sığorta haqqında", "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Gənclər siyasəti haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Könüllü fəaliyyət haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Reklam haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Təhsil haqqında" və "Dövlət rüsumu haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" və digər qanunlarda dəyişikliklər müzakirə ediləcək.

İnzibati Xətalar, Mülki, Vergilər, Cinayət-Prosessual, Miqrasiya və digər məcəllələrdə dəyişikliklər müzakirə ediləcək.

Xəbər lenti
0