CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident daha bir icra başçısı haqda sərəncam verdi

Abunə olmaq
2020-ci il mayın 5-də Dövlət Təhlükəsizlik Xidmətinin İmişli rayon icra hakimiyyətinin binasında keçirdiyi əməliyyat nəticəsində V.Hacıyev həbs edilib

BAKI, 6 may — Sputnik. Vilyam Fərhalı oğlu Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan bildirir ki, Prezident İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Vilyam Hacıyev 14 aprel 2012-ci il tarixdən İmişli Rayon İcra Hakimiyyətinin Başçısı olub. 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizlik Xidmətinin İmişli rayon icra hakimiyyətinin binasında keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Xəbər lenti
0