BAKI, 6 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı müğənni Emil Qədirov Rusiyanın Birinci kanalının "Sabahın xeyir" verilişində ispaniyalı həmkarı Xulio İqlesiasın "Historia de Amor" ("Sevgi hekayəsi") adlı məşhur hitini ifa edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, ifaçı "Skype"-ın verdiyi imkanlardan istifadə edərək, proqramın canlı efirində gitaranın sədaları altında mahnı oxuyub. O, karantində musiqi və idmanla daha çox məşğul olmağa başladığını, bir çox kitabları oxuduğunu da deyib. Müğənni karantin bitdikdən sonra bütün dünyanı gəzməyi planlaşdırır, İspaniyaya isə xüsusilə səfər etmək istəyir.
Посмотреть эту публикацию в Instagram
"Bakıya da gedəcəyəm. Anam indi oradadır. Biz hər gün onunla ünsiyyət qururuq", - deyə Qədirov bildirib. Verilişin aparıcısı İrina Muromtseva da Bakıya səfər etmək istədiyini deyib.
Emil Qədirov "Romansiada-2012" gənc rus romans ifaçılarının XVI Moskva Beynəlxalq Müsabiqəsinin seçmə mərhələsinin, Klavdiya Şuljenko (Xarkov) adına Beynəlxalq Müsabiqənin laureatıdır.
O, həmçinin klassik gitara ifaçıları və gitara ansambllarının səkkizinci Belqorod beynəlxalq müsabiqəsinin birinci dərəcəsinin, "Zakarpatye Edelveysi" və "Qara dəniz" Qran-prilərinin qalibidir. O, Rusiyanın 1-ci kanalında yayımlanan "Səs" vokal müsabiqəsində iştirak edib.