CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəriməni ödəməsəniz, başınız dərddə olacaq

© Sputnik / Irade JELILBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülər əgər 1 ay müddətində cəriməni ödəməsə, üzərinə faiz gəlir. Sonrakı müddətdə isə avtomobilin saxlanması ilə bağlı qərar verilir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 1-dən bu günə qədər 48386 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Masallıda vəiyyət, 02.04.2020 - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cərimə heç nəyi dəyişmir: qaydaları pozanların sayı azalmaq bilmir

Ancaq bəzən vətəndaşlar belə düşünürlər ki, tətbiq edilən cərimələri ödəməsələr də olar. Bu dövr ərzində inzibati məsuliyyətə cəlb edilən şəxslər cərimələrini ödəməsələr, nə ola bilər?

Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirib.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, inzibati məsuliyyətə cəlb edilən vətəndaşlar arasında sürücülər çoxluq təşkil edir. Çünki xüsusi karantin rejiminin ilk günlərində sürücülər yollara çıxır və qaydaları pozurdu: "Məndə olan məlumata görə, sürücülər əgər 1 ay müddətində cəriməni ödəməsə, üzərinə faiz gəlir. Sonrakı müddətdə isə avtomobilin saxlanması ilə bağlı qərar verilir. Bu baxımdan sürücülər diqqətli olmalı və cərimələri ödəməlidirlər".

E.Muradlı qeyd edib ki, vətəndaşların cərimələri ödəməsi sahə müvəkkillərinə tapşırılıb. Belə ki, karantin qaydasını pozan vətəndaşların evlərinə bildirişlər göndəriləcək.

"Vətəndaşlar cərimələri onlar haqqında tərtib edilmiş protokolun nömrəsinə əsasən istər onlayn, istərsə də poçt və ya bank vasitəsilə ödəyə bilərlər. Cərimə ödənilmədiyi halda onların barəsində müxtəlif məhdudiyyətlər tətbiq edilə bilər. Bu səbəbdən vətəndaşlar bu məsələyə məsuliyyətli yanaşmalıdırlar" – deyən ekspert hesab edir ki, hazırda karantin dönəmi olduğu üçün vətəndaşlar cəriməni ödəyə bilmirlər. Bu müddət ərzində həmin məbləğin üzərinə faiz gəlməməlidir.

Qeyd edək ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) məsuliyyətə cəlb etmə nəzərdə tutulub.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə  fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Xəbər lenti
0