Psixotrop maddəni 20 min manata satmaq istəyən Astara rayon sakini saxlanılıb

© AFP 2024 / ADEK BERRYПолицейский демонстрирует синтетический наркотик метилендиоксиметамфетамин (MDMA), фото из архива
Полицейский демонстрирует синтетический наркотик метилендиоксиметамфетамин (MDMA), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ramail Fərəcov digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKI, 6 may — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş İdarə əməkdaşlarının Astara rayonunda həyata keçirdikləri tədbir zamanı rayonun Səncərədi kənd sakini Ramail Fərəcov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik psixotrop maddə olan 1 kiloqram 145 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib. Araşdırma zamanı müəyyən edilib ki, Ramail Fərəcov psixotrop maddə olan metamfetamini 20 min manata satmaq istəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ramail Fərəcovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0