BAKI, 5 may — Sputnik. "Azərişıq" Açıq Səhmdar CƏmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev vəzifəsindən azad olunub. Bu vəzifə tanınmış telejurnalist, ATV telekanalının aparıcısı Vaqif Aydınoğluna tapşırılıb.
Qeyd edək ki, Vaqif Aydınoğlu Sputnik Azərbaycan-a açıqlamasında xəbəri təsdiq edib.
Uzun illər ərzində mətbuat xidmətinin rəhbəri kimi çalışmış Tanrıverdi Mustafayev də işsiz qalmayıb. Məlumata görə, T. Mustafayev bundan sonra "Azərişıq" sədrinin müşaviri kimi çalışacaq.