Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Reputasiya riski. Səfirlik Rusiyanın iblisləşdirilməsinə görə "Pulitzer"i pisləyib

© Photo : The Pulitzer Prizes / Columbia UniversityЗолотая медаль Пулитцеровской премии
Золотая медаль Пулитцеровской премии - Sputnik Azərbaycan
Abunə olmaq
"İddia edildiyi kimi, bu məsələdə "böyük risk" varsa, o da yalnız reputasiya riskidir", – Rusiya səfirliyi deyib.

BAKI, 5 may — Sputnik. Rusiyanın ABŞ-dakı səfirliyi anti-Rusiya materiallarına görə "New York Times" nəşrinə "Pulitzer" mükafatının təqdim olunmasını pisləyib.

Читайте стихи о войне: спикер Совета Федерации России о 75-летии Победы - Sputnik Azərbaycan
VİDEO
Müharibə haqqında şeir oxuyun: Rusiya Federasiya Şurasının sədri Qələbənin 75 illiyi haqda

Sputnik radiosunun xəbərinə görə, çərşənbə axşamı məlum olub ki, "Pulitzer" mükafatının Təşkilat komitəsi guya Rusiya rəhbərliyinin törətdiyi "yırtıcı hərəkətlər haqqında böyük risk altında yazılmış maraqlı əhvalatlar silsiləsi"nə görə "New York Times" nəşrinə "Beynəlxalq jurnalistika" kateqoriyasında mükafat təqdim edib.

Rusiya səfirliyi isə "Facebook" səhifəsində qeyd edib ki, "NYT" üç il əvvəl də Rusiyanı iblisləşdirməyə görə mükafat alıb. 

"Mükafatın Təşkilat komitəsi yalnız Rusiya rəsmiləri tərəfindən deyil, həm də artıq həyatın özü tərəfindən dəfələrlə təkzib olunmuş anti-Rusiya materiallarını bu şəkildə vurğulayaraq öz üzərinə böyük məsuliyyət götürür. İddia edildiyi kimi, bu məsələdə "böyük risk" varsa, o da yalnız reputasiya riskidir", – səfirlik yazıb.

Səfirlikdə Amerika nəşrinin məqalələr seriyasını "rusofob uydurmaların toplusu" adlandırılıblar.

Xəbər lenti
0