Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 5 may — Sputnik. "Ukrayna və digər ölkələrdə olan vətəndaşlarımız hər zaman bizim diqqətimizdədir. Hər həftə ölkələrdən Azərbaycana çarter reyslərin təşkil olunması nəzərdə tutulur. Bəzən texniki səbəblərdən müəyyən problemlər çıxır".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərərgahın mətbuat katibi İbrahim Məmmədov deyib.
O bildirib ki, gələnlər arasında yoluxma olarsa, onlar ayrıca yerlərə yerləşdirilməlidir: "Belə yerlər olmalıdır ki, həmin gələn şəxslər karantinə qəbul olunsun".