Pentaqonun Defender Europe manevrləri və NATO-nun Baltops təlimləri – kimə qarşı?

© Sputnik Стрингер / Mediabanka keçidФлагманский корабль шестого флота США Mount Whitney в порту Таллина
Флагманский корабль шестого флота США Mount Whitney в порту Таллина - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqon hələ də sözünü deyə biləcəyini, Avropanın gələcəyinin isə yalnız Vaşinqtondan asılı olduğunu nümayiş etdirmək istəyib.

BAKI, 5 iyun – Sputnik. Aleksandr Xrolenko, hərbi icmalçı. Пандемия COVID-19 pandemiyası ABŞ və NATO-nun Şərqi Avropadakı fəallığını əhəmiyyətli dərəcədə azaltsa da, tam dayandırmayıb. Polşada və Baltika bölgəsində Pentaqonun və alyansın aşkar antiRusiya yönümlü təlimlər seriyası başlayıb. 

4000 amerikalı və 2000 polyak hərbçinin iştirakı ilə keçirilən Defender-Europe 20 Plus hərbi təlimləri iyunun 4-də Polşada Dravske-Pomorsk poliqonunda start götürüb. Bu təlim koronavirus pandemiyasına görə modifikasiya olunmuş Defender-Europe 20 və onunla bağlı olan Allied Spirit, Dynamic Front, Joint Warfighting Assessment, Saber Strike, Swift Response təlimlərinin "cırtdan" versiyasıdır. Əvvəlcə bu təlimlərin may ayında keçirilməsi planlaşdırılırdı. Manevrlərin amerikalı iştirakçılarının və bunula bağlı təlimlərin əvvəlki mənasını itirmasi göz önündədir. Əgər hipotetik təcavüzdən Polşa ordusunun 118 min əsgəri qoruya bilmirsə, 4 min amerikalı dəqiq vəziyyəti dəyişə bilməz. Təbii ki, bütün Avropanı da ABŞ ordusunun bir yarımçıq briqadası ilə qorumaq mümkün deyil. Amma yenə də davam edən pandemiyaya baxmayaraq, Pentaqon hələ də sözünü deyə biləcəyini, Avropanın gələcəyinin isə yalnız Vaşinqtondan asılı olduğunu nümayiş etdirmək istəyib, düzdür, sonuncu ilə heç də bütün avropalı müttəfiqlər razı deyillər.

İkinci eşelonda NATO-nun BALTOPS-2020 təlimləri başlayır. Təlimlər Baltikanın dəniz poliqonlarında 7-16 iyun aralığında keçiriləcək. Manevrlərin elan olunan məqsədi birgə reaksiya vermək potensialının möhkəmləndirilməsi və heç kimin hücum etməyə hazırlaşmadığı "Baltik dənizini qoruma" qətiyyətini göstərməkdir. Görünür, ard-arda quruda və dənizdə təxribatçı təlimlər keçirən və onlarda iştirak edənlər üçün uydurma təhlükələr koronavirus və ya Avropanın qarşısındakı real təhlükələrdən vacibdir. Onlar nə etmək istəyirlər?

Defender-Europe 20 Plus

Polşanın Müdafiə naziri Mariuş Blaşak iyunun 4-də bəyan edib: “Epidemiya bizim planlarımızı dəyişib, amma ən əsası odur ki, biz dəyişən reallığa tez adaptasiya oluna bildik”.

100 tank, 230 digər döyüş maşını, artilleriya və aviasiya – ümumilikdə təxminən 2000 hərbi texnika təlimlərə cəlb olunub. Amerika və Polşa zirehli tank və hava-desant bölmələri 15 sutka ərzində (4-19 iyun) döyüş əməliyyatının bir neçə mərhələsini məşq edəcəklər. Əməliyyatın əsas elementi su maneəsinin keçilməsi olacaq. Məntiqlə qərbdən şərqə doğru keçəcəklər, gözlərinə görünən təhlükələr ordadır (Belarus və ya Rusiya). ABŞ-ın Warrior Maven nəşri hələ 2019-cu ilin noyabrında məlumat verib ki, Avropadakı iri təlimlər zamanı ABŞ qoşunları “təcavüzkar ölkə”nin istehkamını ələ keçirəcəklər.

Xatırladım ki, Defender Europe 2020 manevrləri son 25 il ərzində ABŞ qoşunlarının Avropada ən çoxsaylı yerləşməsi olmalı idi. 17 min amerikalı hərbçinin döyüş əməliyyatlarına cəlb olunması planlaşdırılırdı.

BALTOPS 2020

Baltik dənizində 17 NATO ölkəsinin və iki tərəfdaş dövlətin qüvvə və vasitələri on sutka ərzində (7-16 iyun) birgə BALTOPS-2020 təlimlərinin hədəflərini yerinə yetirəcəklər. 29 dəniz bölməsi, 29 təyyarə və 3 min hərbçi təlimlərdə iştirak edəcək. İştirakçı ölkələr: Kanada, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç, Türkiyə, Böyük Britaniya və ABŞ. Bir müddət əvvəl ABŞ SQ-nin Avropa komandanlığı manevrlərin hədəfini açıqlayıb: qarşılıqlı əlaqə səviyyəsinin artırılması, birgə potensialın möhkəmləndirilməsi və  "bölgədə sabitliyin təmin olunmasında beynəlxalq qətiyyətin nümayiş etdirilməsi". Düzdür, pandemiya ilə bağlı təlimlər yalnız dəniz poliqonlarında keçiriləcək, ona görə də Baltika bölgəsi tam əhatə olunmayıb.

ABŞ və NATO-nun Baltika bölgəsində yüksək hərbi aktivliyini və BALTOPS 2020 və Defender-Europe 20 Plus tipli təlimlərin potensial təhlükəsini nəzərə almaqla, Rusiya ardıcıl olaraq Qərb strateji istiqamətində qoşun birləşmələrini gücləndirir – Qərb hərbi dairəsinin Qvardiya tank ordusu əlahiddə motoatıcı briqada ilə gücləndirilib. Bundan əlavə, dairə Baltika donanması və 6-cı Ümumqoşun ordusunun müdafiə təlimlərinə hazırlaşır. Minsk və Moskva cavab olaraq "Qərb-2021" təlimlərinə hazırlaşırlar. Bu təlimlər Belarus Respublikasının ərazisində keçiriləcək.

Xəbər lenti
0