Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 5 may — Sputnik. "Metropolienin açılması gündəlikdədir. Amma hər şey vəziyyətdən asılıdır. Mayın 11-də vəziyyət necə olacaq, ondan asılı olaraq bu haqda qərar qəbul ediləcək".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərərgahın mətbuat katibi İbrahim Məmmədov deyib.
Bundan başqa bildirilib ki, karantin rejiminin çox yumşaldığı ərazilərdə vəziyyət kəskinləşərsə, bu zaman qaydalar daha da sərtləşdirilə bilər.