CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həkimlərin ailələrinin sosial sığortası ilə bağlı razılıq var

© AFP 2024 / JAIME REINAДоктор одной из поликлиник, фото из архива
Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bədəlbəyli bildirib ki, insanların virus və mövcud vəziyyətin ciddiliyini qəbul etməsi üçün telekanallarda ciddi proqramlar, maarifləndirici kliplər yayımlanmalıdır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. "Bu gün həkimlərimiz cəbhədədir. Həkimlərin sığortası var, amma bu çox cüzidir. Onların ailə üzvləri var, həkimlərə bir şey olarsa, onların ailə üzvlərinin sosial sığortası olmalıdır. Biz artıq bu məsələdə bir razılığa gəlmişik. Düzdür, hələlik ki, həkimlərin ailəsinin sosial sığortası ilə bağlı bir layihə hələ ki, yoxdur. Lakin ideyalar var".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərərgahın bu gün jurnalistlər üçün təşkil etdiyi Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclasında şuranın üzvi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.

Bədəlbəyli bildirib ki, insanların virus və mövcud vəziyyətin ciddiliyini qəbul etməsi üçün telekanallarda ciddi proqramlar, maarifləndirici kliplər yayımlanmalıdır: "Mən bu gün çimərliklərdə insanların gəzişdiyini görürəm. Onları da qınamıram, başa düşürəm, darıxırlar. Amma inanın ki, bu virus boş şey deyil. Təsəvvür edin, hər şey gözəldir və anidən, birdən-birə bu virusun yayılması ilə vəziyyət dəyişə bilər".

Xəbər lenti
0