Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın Xalq artisti "Xatirə bağı" aksiyasına qoşulub

© Sputnik / Murad OrujovНародный артист Азербайджана Эмин Агаларов
Народный артист Азербайджана Эмин Агаларов - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur ifaçı Emin Ağalarov öz həmkarları ilə birlikdə hamını Böyük Vətən müharibəsinin 75 illiyinə həsr edilmiş beynəlxalq aksiyanı dəstəkləməyə çağırdı

BAKI, 5 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Emin Ağalarov rusiyalı həmkarları ilə birlikdə Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş #XatirəBağı beynəlxalq aksiyasında iştirak edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məlumatı Emin Ağalarov özünün "Instagram" sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.

"Yəqin elə bir ailə yoxdur ki, müharibə ondan yan keçsin. 75 ildən sonra da biz baba və nənələrimizin, yaxın və uzaq qohumlarımızın nəsillərini xatırlaya, onların xatirəsini övladlarımıza ötürə bilərik. Hamımızın iştirak edə biləcəyi gözəl aksiyanı dəstəkləmək istəyirəm. Aksiyanın məqsədi yalnız müharibə illərində həlak olanların xatirəsinə 27 milyon ağac əkmək deyil, həm də hamılıqla qurbanların adını əbədiləşdirməkdir", - Ağalarov yazıb.

Международный музыкальный фестиваль Жара 2019 в Баку. Третий день. - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Emin "Jara-2020" festivalının taleyindən danışıb

"Xatirə bağçası" sadəcə bir hərəkat deyil, yeni bir ənənənin başlanğıcıdır. Hər gün daha çox insan ona qoşulur: könüllü təşkilatları, ictimai xadimlər, əmək kollektivləri, aktyorlar, idmançılar, siyasətçilər. Bu aksiyada təkcə Rusiyada deyil, həm də MDB ölkələrində yaşayan hər kəs iştirak edə bilər.

Emin Ağalarov peşəkar musiqi karyerasına 2006-cı ildə başlayıb. Həmin ildə onun "STILL" adlı birinci albomu çıxıb. Rusiyada bu diskin 70 000, MDB ölkələrində isə 30 000 surəti satılıb. Debüt albomunun uğurundan sonrakı üç il ərzində Emin daha üç ingilisdilli disk buraxıb: "Incredible" (2007-ci il), "Obsession" (2008-ci il) və "Devotion" (2009-cu il). Onların hər biri Moskvada və Bakıda canlı konsertlərlə müşayiət olunub. Bundan sonra ayrı-ayrı illərdə onun müxtəlif albomları çıxıb. Albomlar dünyanın müxtəlif ölkələrində maraqla qarşılanıb.

Emin Ağalarov həmçinin 2016-cı ildən başlayaraq Bakıda keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalının təsisçilərindən biridir. Onun Rusiyanın Əməkdar artisti Qriqori Leps və "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovla birlikdə ərsəyə gətirdiyi bu layihədə Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.

Xəbər lenti
0