CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan jurnalistikasının banisinə aid daha bir xatirə üzə çıxdı

© Sputnik / Murad OrujovСотрудники полиции, фото из архива
Сотрудники полиции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sərəncam nənə xatırlayıb ki, evdə kasalara xüsusi diqqətlə yanaşılıb və "bəy kasası" kimi əzizlənib, qiymətli əşya kimi qorunub saxlanılıraq indiki dövrümüzə qədər qorunub.

BAKI, 5 may — Sputnik. Bu günlərdə polis əməkdaşları Zərdabiyə məxsus olduğu təyin edilən 2 ədəd mis kasanın böyük ədibin ev muzeyinə təhvil veriblər.

Sputnik Azərbaycanm Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bir müddət əvvəl H.Zərdabiyə məxsus 2 ədəd qədimi mis kasanın rayonun Qoruqbağı kəndində bir nəfərdə olduğu müəyyən edilib. Aydın olub ki, bu kasaları böyük mütəfəkkir həmin kənddə ailə quran cavanlara bağışlayıb. İllər keçdikdən sonra həmin xanım bu kasaları ədibin ev muzeyinə bağışlamaqqərarına gəlib. Etibar etdiyi yaxın qohumu isə bu işə soyuq münasibət göstərib.

Zərdab Rayon Polis Şöbəsinə məlumat daxil olduqda əməkdaşlar Tumarxan Ağayev və Murad Muradlı kasaları saxlayan şəxsi müəyyən edərək, onunla görüşüb bu eksponatların tarixi dəyərini izah ediblər, tariximizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürülməsi üçün kasaların muzeyə verilməsinin vacib olduğunu deyiblər. Həmin şəxs kasaları muzeyə təhvil verib.

Polis əməkdaşlarının apardıqları araşdırmalar zamanı həmin kasaların tarixi də öyrənilib. Müəyyən olunub ki, kasaları uzun illər qoruyub saxlayan Zərdab rayon sakini Sərəncam Hüseynova kasaların tarixindən danışarkən bildirib ki, onun babası həmin dövrdə Kür çayında bərəçiliklə məşğul olub. Bir gün onun bərəsinə dövrünün ən məşhur ziyalılarından olan Həsən bəy Zərdabi minib. Şirvan ərazisinə gedən yolda söhbət əsnasında Həsən bəy onun ailə vəziyyətini öyrənib. Biləndə ki, onun qızının yaxın zamanda toyu olacaq, Həsən bəy öz adətinə sadiq qalaraq bağlamasından iki ədəd kasa çıxardıb "bu da məndən qızına hədiyyə" deyərək kasaları ona vermişdir. Sərəncam nənə xatırlayıb ki, evdə kasalara xüsusi diqqətlə yanaşılıb və "bəy kasası" kimi əzizlənib, qiymətli əşya kimi qorunub saxlanılıraq indiki dövrümüzə qədər qorunub.

Xatırladaq ki, Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. Həsən bəy Zərdabi ilk təlim-tərbiyəsini doğma kəndi olan Zərdabda aldıqdan sonra təhsilini Şamaxıda və Tiflis gimnaziyasında davam etdirib. Daha sonra 19 yaşında Моskvа Dövlət Universitetində təhsil almağa yollanıb.

Həsən bəy universiteti bitirdikdən sonra bir çox sahələrdə xalqın maariflənməsi üçün bütün güc-qüvvəsini səfərbər edib. O, Xeyriyyə Cəmiyyəti, teatr tamaşalarını səhnələşdirməklə, həmçinin müəllimlik edərək maarifləndirmək istədiyi xalqa daha çox xidmət etmənin yollarını axtarırdı. Nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olub. Zərdabi "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının əsasını qoyub. Bu Azərbaycanda, eləcə də bütün Rusiya ərazisində nəşr olunan ilk türkdilli qəzet olub.

1877-ci ildə "Əkinçi" qəzetinin çapı dayandırıldıqdan bir müddət sonra Həsən bəy Zərdabi doğulub boya-başa çatdığı Zərdab kəndinə qayıdaraq elmi fəaliyyətini buradan davam etdirmişdir. Elmi fəaliyyəti ilə yanaşı Həsən bəy səxavətli olmağı ilə də xalqın rəğbətini qazanmışdır. O, burada yaşadığı dövrdə Kür qırağı kəndlərdə yeni ailə qurmuş gənclərlə görüşüb, onlara hədiyyələr verib. Həmin hədiyyələr indiki dövrümüzdə tarixi eksponat statusu daşıyır.

Xəbər lenti
0